Ukrayna Qara dəniz üzərindən taxıl ixracına dair sazişlərin uzadılmasında maraqlıdır.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
“Ukrayna ilə taxıl ixracı müqavilələrinin uzadılması Baş katib (BMT-nin Baş katibi Antonio Qutereş – Red) üçün prioritet məsələdir. Onların çox effektiv olduğu və qlobal ərzaq qiymətlərinə böyük təsir göstərdiyi sübut edilmişdir. Bizə açıq şəkildə bildirildi ki, Ukrayna Prezidenti (Volodimir Zelenski – Red) və danışıqlar apardığımız insanlar Baş katibin bu istiqamətdə səylərini dəstəkləməyə davam edirlər” - deyə, o bildirib.
Qeyd edək ki, Ukraynadan taxıl ixracına dair sazişlər iyulun 22-də imzalanıb, ilk gəmi avqustun 1-də Ukrayna limanlarını tərk edib. Müqavilənin müddəti 120 gündür. Bundan əvvəl Ukrayna bəyan etmişdi ki, ixrac üçün təxminən 20 milyon ton ərzaq göndərə bilər.