“Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”.
Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
O qeyd edib ki, yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün Türkiyə üzərinə düşəni edir:
“Biz Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”.