AZ   |   RU
Stoltenberq: Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək

Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.

Stoltenberq bildirib ki, qərar konsensus əsasında veriləcək.

“Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir” – deyə Baş katib vurğulayıb.

  • 30-09-2022, 22:10