Tacikistanla sərhəddə son silahlı toqquşmalarda ölən Qırğızıstan vətəndaşlarının sayı 62 nəfərə çatıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl münaqişə nəticəsində 59 Qırğızıstan vətəndaşının öldüyü, 200-ə yaxın şəxsin isə yaralandığı açıqlanmışdı.
Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında silahlı toqquşmalar sentyabrın 14-də Tacikistanın Vorux anklavının Kex bölgəsində başlayıb, ümumi sərhədin ayrı-ayrı hissələrində sentyabrın 17-dək davam edib. Tacikistan tərəfinin məlumatına görə, münaqişə zamanı 40-dan çox ölkə sakini ölüb.