Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.
Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.
Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.