Bir neçə yüz fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları bazar günü İrəvanın mərkəzində Azadlıq meydanında Ermənistanın KTMT-dən çıxması tələbilə aksiya keçirib.
Missiya.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya yerli portallar tərəfindən canlı yayımlanır.
"Biz bura vahid tələblə toplaşmışıq - hökumətimizdən KTMT-dən çıxmağımızı tələb edirik. Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq"- deyə,
aksiya iştirakçılarından biri, sosioloq Karen Sarkisyan deyib.
Aksiyada “Sasna Tsrer” yarımhərbi qruplaşmasının siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edir.
Qeyd edək ki, 2016-cı ilin yayında İrəvanda polis alayına məhz bu qruplaşmanın silahlıları hücum etmiş, nəticədə 3 polis həlak olmuşdu.
Onu da xatırladaq ki, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qrupu da hazırda Ermənistanda səfərdədir.
SABAH
Missiya.Az