Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.
Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.
Qeyd olunub ki, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.