AZ   |   RU
“Ukrayna quldurları üçün sürpriz hazırlamışıq” - Kadırov

Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Ahmat” adlı çeçen xüsusi təyinatlı əsgərlərinin Ukrayna üçün sürpriz hazırladığını və bunu tezliklə həyata keçirəcəyini deyib.

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov  öz “Telegram” hesabında yazıb. 

"Döyüşçülərimiz Ukrayna quldur birləşmələri üçün maraqlı sürpriz hazırlayıblar, tezliklə öyrənəcəksiniz. Hələlik kartları açmayacağam" - deyə,  Kadırov bildirib.

Çeçen qüvvələrinin bütün hərəkətlərinin açıq şəkildə planlaşdırıldığını, heç bir yayınma və fövqəladə vəziyyətin olmadığını vurğulayan Kadırov –
 
“Çeçen qoşunlarının şücaəti və qəhrəmanlığı göz önündədir, bütün bunlar sıx hazırlıq və nizamın nəticəsidir” - deyib.

“Çeçenistan Respublikası qoşunlarının məsuliyyətili əməliyyatı uğurla davam edir. Əminəm ki, biz onları tamamilə məhv edəcəyik” - deyə, çeçen lider fikirlərini yekunlaşdırıb. 

Hüseyn BABAYEV
Missiya.Az


  • 13-09-2022, 12:28