Ermənistan müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Papikyan Şoyquya Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məlumat verib.
“Nazirlər sərhəddəki vəziyyəti sabitləşdirmək üçün lazımı addımların atılması barədə razılığa gəliblər” – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən axşam Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. İclasın yekunu olaraq KTMT-yə, BMT Təhlükəsizlik Şurasına və Rusiyaya rəsmi müraciət göndərilməsi qərara alınıb.
Daşqın Həsənov
Missiya.Az