AZ   |   RU
“Ermənistan təxribatlardan əl çəkməlidir!” - Çavuşoğlu

“Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqlarına və Azərbaycanla sazişlər çərçivəsində əməkdaşlığa yönəltməlidir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “twitter” hesabında yazıb.

Çavuşoğlu rəhbəri bildirib ki, o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Ermənistan-Azərbaycan sərhədində yeni gərginlik mövzusunu müzakirə edib.

Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan və Ermənistan sərhədində yenidən toqquşmalar başlayıb. Ermənistan cənub-şərq sərhədinin atəşə tutulduğunu bildirib və KTMT-yə müraciət edib.

Daşqın Həsənov
Missiya.Az


  • 13-09-2022, 11:40