AZ   |   RU
Suriya Türkiyə ilə münasibəti düzəltmək üçün şərtlərini açıqladı

Suriya Türkiyə ilə əlaqələrin yenidən bərpa edilməsi üçün iki şərt irəli sürüb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə Suriya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Butrus əl-Mərcan məlumat yayıb.

Əl-Mərcan bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşması üçün Ankara Suriyanın şimalındakı hərbi mövcudluğunu dayandırmalı və Milis Ordusu kimi birləşmələrə verdiyi dəstəyi geri çəkməlidir.

“Ölkələr arasında münasibətlər hər iki dövlətin ümumi maraqları nəzərə alınmaqla, mehriban qonşuluq münasibətləri əsasında qurulmalıdır” – deyə Əl-Mərcan qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


  • 13-09-2022, 11:30