Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurma İran mətbuatında yanlış və qərəzli şəkildə təqdim edilir. Ermənistanın təxribatçı hücumlarını görməzdən gələn İran mediası Azərbaycan tərəfinin günahkar olduğunu yazır.
Missiya.az xəbər verir ki, bu haqda Azad İran teleqram kanalı analitik şərhində qeyd olunur.
İranın İSNA xəbər ajansı guya Azərbaycanın Ermənistana hücum etdiyini iddia edib. Xəbərdə Ermənistanın Azərbaycana qarşı təxribatı barədə dəqiq məlumat verilməyib. Gecə saatlarında Ermənistan Nazirlər Kabinetinin toplantısının keçirildiyi barədə geniş məlumat verən media qurumu "iclasda Azərbaycanın Ermənistana qarşı gecə yarısı başlayan "təcavüzkar addımı" ilə bağlı növbəti addımlar müzakirə edildiyini" bildirib.
"İSNA" Ermənistan baş nazirinin ofisinin "Azərbaycan silahlı qüvvələrinin müstəqil Ermənistan ərazisinə qarşı gecə yarısı "hücuma başladığı" iddiasını yaydığı halda, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyini bir cümlədə xülasə edib.
Teymur ASLANOV
Missiya.Az