AZ   |   RU
ABŞ Ermənistan və Azərbaycanı aktiv döyüşləri dayandırmağa çağırır

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycanı döyüşləri dərhal dayandırılmasına çağırıb.

Missiya.Az
ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, Blinken Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın təxribatı ilə Azərbaycan-Ermənistan sərhədində toqquşmaların başladığını açıqlamasından sonra yazılı açıqlama verib.

Açıqlamada deyilir: "Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədindəki münaqişə xəbərlərindən, o cümlədən Ermənistanda yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar barədə xəbərlərdən dərin narahatdır. Uzun müddətdir qeyd etdiyimizkimi, bu problemin hərbi yolla həlli olmamalıdır. Bütün hərbi münaqişələrə dərhal son qoyulmalıdır. Biz buna çağırırıq”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun axşam saatlarında sərhədin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş təxribat törətdiyini açıqlayıb. Gecə saatlarında keçirilən brifinqdə bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqeləri arasındakı torpaqlara və yollara minaatanlar yerləşdirib. Nəticədə Azərbaycan qoşunlarının bu vəziyyətin qarşısını almaq üçün gördüyü tədbirlər nəticəsində toqquşmalar baş verib.

Teymur ASLANOV
Missiya.Az


  • 13-09-2022, 10:02