AZ   |   RU
Pentaqon: "Rusiya qoşunlarının böyük əksəriyyəti Xarkovdan çıxıb"

“Rusiya qoşunlarının böyük əksəriyyəti Xarkovdan çıxıb və Rusiya ərazisinə keçib”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adı açıqlanmayan yüksəkrütbəli rəsmisi bildirib.

Məlumata görə, Ukrayna qoşunları kiçik kəndlərlə yanaşı, Kupyansk və İziumda da nəzarəti ələ keçirib: “Rusiya qoşunlarının uğursuzluqları davam edir. Bu onların nizamsız hərəkətinin göstəricisidir”.


  • 13-09-2022, 09:46