AZ   |   RU
Bakıda kişi ehtiyyatsızlıqdan özünü güllələyib

Bakının Səbail rayonunda 65 yaşlı kişi güllə yarası alıb.

Missiya.Az
xəbər verir ki, hadisə Bayıl qəsəbəsində yaşanıb.

Belə ki, 1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu sahib olduğu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib.
Bu zaman odlu silahdan açılan atəş onun döş qəfəsinə dəyib.

O, ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları araşdırma aparılır.


  • 8-09-2022, 23:57