AZ   |   RU
Gülşən azan səsini eşidəndə konserti dayandırdı - Olay görüntülər ortaya çıxdı

Məşhur müğənni Gülşənin konsertindən yeni görüntülər ortaya çıxıb. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, sənətçinin konsertində çəkilən video sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə məşhur müğənninin həssaslıq göstərərək yeni mahnısını oxumaq üçün azanın bitməsini gözlədiyi əks olunub.

Eyni zamanda, Gülşən lentə alınan görüntülərdə “Tam vaxtında oxudum, azana qulaq asıb davam edək, olar?” sözlərini deyib.

İstifadəçilər  yayımlanan videoya "İnsanları xarici görünüşünə görə mühakimə etməyi dayandırın" və "Qərəz çox pis şeydir" şərhini yazıb.

Qeyd edək ki, aprelin 30-da İstanbul Ataşehirdə verdiyi konsertdə imam hatip liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq" ittihamı ilə saxlanılan Gülşən ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.  

Leyla Səməndər
Missiya.Az


  • 1-09-2022, 17:53