ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərindən sonra Çin və ABŞ arasında gərginlik yenidən artıb. Çin Hərbi Dəniz Qüvvələrinə aid iki döyüş gəmisinin Tayvan boğazından keçməsi səbəbindən "sayıq vəziyyətə" keçdiyini açıqlayıb.
Missiya.Az haberler.com-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığı açıqlama verib.
"USS Antietam və USS Chancellorsville gəmilərinin Tayvan boğazından keçməsi izlənildi. Qüvvələrimiz həyəcan vəziyyətindədir və onları dəf etməyə hazırdır” - deyə açıqlamada qeyd olunur. ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci Donanmasından hadisə ilə bağlı verilən cavabda, “USS Antietam” və “USS Chancellorsville” döyüş gəmilərinin müntəzəm olaraq Tayvan boğazından keçdiyi bildirilib.
Xatırladaq ki, Keçid Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ayın əvvəlində Çinlə suverenlik münaqişəsində olan Tayvana səfərindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Boğazda hərəkətliyi müşahidə olunur.
Teymur AslanovMissiya.Az