AZ   |   RU
İranlı “ekspertdən” növbəti sərsəmləmə: ”Azərbaycan İrana birləşdirilməlidir!”

Son axtlar Azərbaycan və Türkiyə əleyhinə sərt açıqlamalar verən İranın İtaliyadakı keçmiş səfiri, hazırda siyasi ekspert Əbülfəzl Zohrevənd “Tahririeh” saytına müsahibə verib.

Missiya.Az Azad İran nəşrinə istinadən xəbər verir ki, jurnalistin “Qarabağ savaşı zamanı İran son dərəcə qeyri-müəyyən siyasət yürüdüb. Eyni zamanda İranda bir çox görkəmli milli, hətta din xadimləri də Azərbaycanı dəstəklədi və nəhayət, İranın sivilizasiya arealının ziyanına olan hadisələr baş verdi” sualına cavab olaraq Zohrevnəd belə cavab verib: “Qarabağ müharibəsi ümumiyyətlə,  baş verməməli idi.

Ermənilər və azərbaycanlılar əslində İran sivilizasiyasının bir hissəsi olublar”. İranlı diplomat yenə sərsəm fikirlərinə əlavə edib ki, İsrail bu ölkədə (Azərbaycan) baza yaradıb orada müəyyən təxribat fəaliyyətləri ilə məşğul olur.

“Azərbaycan İranın Ermənistanla sərhədini kəsməyə çalışır. Bu, bizim üçün qəbuledilməzdir”,- deyə o, cəfəng iddialar irəli sürüb.

Əmir Əhmədov
Missiya.az


  • 29-08-2022, 15:18