AZ   |   RU
Duqinanın qətlinin daha bir iştirakçısı müəyyənləşdi - Rusiya kəşfiyyatı məlumat yaydı

Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalist Darya Duqinanın qətlinin daha bir iştirakçısını müəyyənləşdirib.

 Missiya.Az
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cinayəti Natalya Vovk ilə birlikdə təxribat-terror qrupunun digər üzvü, Ukrayna vətəndaşı, 1978-ci il təvəllüdlü Bohdan Tsqanenko hazırlayıb. Onun iyulun 30-da Estoniya vasitəsilə Moskvaya gəldiyi , jurnalistin  qətlindən bir gün əvvəl Rusiyanı tərk etdiyi məlum olub. Xatırladaq ki, rusiyalı siyasi analitik Aleksandr Duqinin qızı  Darya Duqinanın olduğu avtomobil avqustun 20-də Moskva vilayətinin Mojaysk şossesində partladılıb.

 Zərintac Mayisqızı
 Missiya.Az


  • 29-08-2022, 14:21