AZ   |   RU
ABŞ Türkiyə-Yunanıstan müharibəsində maraqlıdır – Tanınmış jurnalist

“ABŞ Türkiyə və Yunanıstan arasında müharibə başlatmaq istəyir”.

Missiya.Az
“haber7com” a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış jurnalistlərindən olan Məhmət Acet deyib.

Acet bildirib ki, son günlər Yunanıstanla Türkiyə arasında artan gərginliyin arxasında ABŞ dayanır. “Onlar Yunanıstanı münaqişəyə təşviq edərək, Türkiyəni müharibə başlatmağa məcbur edir. Dünyanın müxtəlif yerlərində gərginlik xətlərini alovlandıraraq müharibə mühitini yaymağa çalışan ABŞ Türkiyə ilə Yunanıstan arasındakı böhranı qaynar qarşıdurmaya çevirmək istəyir”.

Jurnalist qeyd edib ki, ABŞ Çin-Tayvan gərginliyinə görə Uzaq Şərqdə daha bir cəbhə açmaq cəhdləri kimi, Rusiya və Ukrayna arasında da davam edən müharibənin uzadılmasına çalışır. 

Daşqın Həsənov
Missiya.Az
 


  • 29-08-2022, 13:01