"Heç bir səhv yox idi. Hədəf qızım idi. Onu öldürmək üçün hər şeyi etdilər".
Missiya.Az haber7.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın nüfuzlu siyasi ekspertlərindən olan Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda öldürülməsi ilə bağlı mətbuata açıqlamasında deyib.
Qızının Rusiya ilə bağlı siyasi fikirlərinə görə hədəf alındığını qeyd edən Duqin bildirib ki, Darya güclü dövlət ideyasını müdafiə edirdi.
Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Duqin, sui-qəsdə görə Kiyevin məsuliyyət daşıdığını bir daha vurğulayıb.Qeyd edək ki, Ukrayna hücumla heç bir əlaqəsi olmadığını iddia etsə də, Rusiya kəşfiyyat qurumu Federal Təhlükəsizlik Xidməti sui-qəsdin arxasında Kiyevin xüsusi təyinatlılarının olduğunu iddia edib. Rusiya iddia edib ki, Duqinanı öldürmək planını Ukrayna vətəndaşı Natalya Vovk həyata keçirib.Hüseyn BabayevMissiya.Az