Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında müdafiə əməliyyatı mövzusunda birgə qərargah təlimləri keçirilib.
Missiya.Az xəbər verir ki, bu haqda “Armenpress”-ə Ermənistan Respublikası Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Departamentindən məlumat verilib.
Məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Eduard Asryanın rəhbərliyi ilə avqustun 23-dən 25-dək “Silahlı Qüvvələrin hərbi komandanlıq və nəzarət orqanlarının işi” mövzusunda keçirilən birgə qərargah təlimlərində müdafiə əməliyyatı ilə bağlı qərarın qəbulu və sualların işlənilməsi mərhələsi icra olunub.
Xəbərə görə, hərbi-siyasi vəziyyət qiymətləndirilərkən struktur, hərbi təminat bölmələrinin və vəzifəli şəxslərin planlaşdırılmış hərəkətləri yoxlanılıb, qoşunların müdafiə əməliyyatlarının planlaşdırılması və idarə edilməsi zamanı əməliyyat tapşırığı öyrənilib, mövcud vəziyyət qiymətləndirilib, qoşunların idarə olunması üçün zəruri sənədlər hazırlanıb.
Təlimin nəticələrinə yekun vuran general-mayor Edvard Asryan bölmə komandirlərinə müvafiq tapşırıqlar verib.
Nəriman Sultanoğlu
Missiya.Az