AZ   |   RU
Səudiyyə Ərəbistanında qadın "tvitter" paylaşımına görə 34 il həbs cəzası aldı

Səudiyyə Ərəbistanında Salma əl-Şehab adlı qadın “tvitter” hesabında müxalifləri izlədiyinə və onlarla birgə fotosunu paylaşdığı üçün həbs edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, İngiltərənin Lids Universitetində təhsil alan və Səudiyyə Ərəbistanında istirahət üçün ölkəsinə qayıdan qadına 34 il həbs cəzası verilib.

Mənbə qeyd edib ki, ikiazyaşlı uşaq anası olan 34 yaşlı Salma-əl Şehab “tvitter” sosial media hesabında ictimai rəyi və milli təhlükəsizliyi pozmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq apellyasiya məhkəməsi bu qərarə ləğv edərək, qadına 34 il həbs cəzası verib.


Daşqın Həsənov
Missiya.Az


  • 17-08-2022, 14:56