Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi daş kömür embarqosu bu gecə qüvvəyə minəcək.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Avropa vaxtı ilə saat 00.00-da qüvvəyə minəcək embarqo Rusiyaya qarşı 5-ci sanksiyalar paketinə daxil edilib. Apreldə qəbul edilmiş sənəd 120 gün sonra qüvvəyə minib. Sənədə görə, Rusiyada hasil edilən, və ya Rusiyanın ixrac etdiyi daş kömür və digər bərk yanacaqların İttifaq ərazisinə gətirilməsi qadağan edilir.
Qeyd edək ki, Aİ ötən il Rusiyadan 4 milyard avroluq daş kömür idxal edib.