Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siahısı”nda dəyişiklik edib.
Missiya.Az xəbər verir ki, Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı genişləndirilib.
"Elektron prokurorluq" informasiya sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 3 mart 2022-ci il tarixli fərmanına əsasən, “Elektron prokurorluq” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməli idi.