AZ   |   RU
Ukrayna limanlarından taxıl daşıyan daha iki gəmi yola düşüb

Ukraynan limanlarından daha iki taxıl daşıyan gəmi yola düşüb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin İstanbul şəhərində yerləşən Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər 11 min ton taxıl daşıyan “SACURA” gəmisi Yuznidən, 48 min 458 ton qarğıdalı daşıyan “ARIZONA” gəmisi isə Çernomorskdan İskəndər limanına yola düşüb.

Qeyd edək ki, bu gün axşam saatlarında taxıl daşıyan daha 4 gəmi Ukrayna limanlarından İstanbula yola düşəcək.

Daşqın Həsənov 
Missiya.Az


  • 8-08-2022, 10:39