AZ   |   RU
İslamiada: Azərbaycanın həndbol yığmasına texniki qələbə verilib

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Missiya.Az
xəbər verir ki, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.

Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.


Baxış sayı: 74
  • 7-08-2022, 16:45