AZ   |   RU
Bakı-Ələt-Qazax magistralında sərnişin avtobusu qəza törədib

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Missiya.Az
xəbər verir ki, APA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilir.

Məlumata görə, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.





  • 7-08-2022, 10:53