“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 350-yə yaxın raket atıblar.
Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.
Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir.
Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.
Hazırda raket hücumları davam edir.
Xüsusən, Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda sirenlər işə salındıqdan sonra bir neçə raketin qarşısı alınıb.