AZ   |   RU
Polşalı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb

Xorvatiyada baş verən avtobus qəzasında 12 nəfər həyatını itirib.
Missiya.Az
APA-ya istinadən xəbər verir ki, onlarla yaralının olduğu xəbər verilir.

Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb. Avtobusda polşalı zəvvarlar olub.

Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • 6-08-2022, 16:56