Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.
"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.