AZ   |   RU
“Putinin boynunun və qulağının formasında ciddi dəyişikliklər var” - Budanov
 
"Rusiya prezidenti Vladimir Putinin kaskadyorlarının fərqli vərdişləri, davranışları və boyları var. Qulaqlar barmaq izləri kimidir və hər bir insanın qulağı unikaldır və onu təqlid etmək olmaz”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Ukrayna Kəşfiyyat İdarəsinin rəisi general-mayor Kirilo Budanov "Newsweek" jurnalının internet saytına Putinin xarici görünüşündə baş verən dəyişikliklərlə bağlı danışarkən deyib. O bildirib ki, son dövrlər Putinin imicində dəyişikliklər var və bunun səbəbi onun dublyordan istifadə etməsidir.

Budanov  deyib ki, son vaxtlar Rusiya prezidentinin boynunun və qulağının formasında ciddi dəyişikliklər var.


Zərintac Mayisqızı
Missiya.Az


  • 5-08-2022, 17:07