AZ   |   RU
Naxçıvanda qadın qətlə yetirildi
 
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qətl törədilib.

Missiya.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Püsyan kəndində 1948-ci il təvəllüdlü Gülüş Əhmədovanın meyiti yaşadığı evdə tapılıb. Onun baş, qol və ayaq nahiyələrində çoxsaylı xəsarətlər aşkar edilib.

Qadının kim tərəfindən, hansı şəraitdə və nə səbəbə qətlə yetirilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, Naxçıvanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


  • 4-08-2022, 11:35