AZ   |   RU
ATƏT Azərbaycan və Ermənistana çağırış edib

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

  • 3-08-2022, 18:49