Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.
Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.
Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.