AZ   |   RU
Azərbaycanda 527 min hektar sahədə yay şumu aparılıb

Avqustun 1-dək ölkə üzrə 526 748 hektar sahədə yay şumu aparılıb.

Missiya.Az xəbər verir ki ,bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 58,4 %-ni təşkil edir.

Biçilmiş sahələrdə ən çox yay şumu Bərdə (96.9%), Sabirabad (96.6%), Yevlax (96.1%), Hacıqabul (94.4%), Ucar (89.2%), Neftçala (84.4%) və Qobustan (84,1%) rayonlarında aparılıb.

  • 2-08-2022, 17:12