AZ   |   RU
Blinken Lavrovla Ukrayna və məhbusların mübadiləsini müzakirə etdiyini bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında cümə günü telefon danışığı olub.
Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında E.Blinken deyib.

"Bu gün mən Rusiyanın xarici işlər naziri Lavrovla danışdım. Səmimi söhbətimiz oldu", - deyə E.Blinken bildirib.

Onun sözlərinə görə, tərəflər xüsusilə Ukrayna ətrafındakı vəziyyəti və ABŞ və Rusiya Federasiyasında həbsdə olan Rusiya və Amerika vətəndaşlarının mübadiləsi imkanlarını müzakirə ediblər.

  • 29-07-2022, 22:06