AZ   |   RU
"Ankara Ermənistanla sərhədləri İrəvan Bakı ilə problemləri həll etdikdən sonra açacaq" - Ərdoğan

“İki dini bayram çərçivəsində baş nazir Paşinyanla söhbətim oldu, bu zaman biz qarşılıqlı təbriklər mübadiləsi apardıq. Şübhəsiz ki, ölkəmizlə Ermənistan arasında davam edən münasibətlərin normallaşdırılması prosesindən də danışdıq”.

Missiya.Az
xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirlərini "Ermənihaber" saytı gündəmə gətirib.

Sayt yazır ki, Ərdoğan Türkiyənin TRT televiziya və radiosuna müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinə və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığına toxunub. O, Azərbaycanın əvvəlcə Türkiyə üçün qırmızı xətt olduğunu və Ankaranın sərhədləri yalnız Azərbaycanla problemləri həll etdikdən sonra açacağını vurğulayıb.

“Regional sülh və əməkdaşlıq nöqteyi-nəzərindən baş nazir Paşinyanın bizimlə belə fikirləri bölüşdüyünü eşidəndə çox sevindim. Amma biz artıq onlardan sözdən başqa konkret addımlar gözləyirik”.

Onun sözlərinə görə, Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Türkiyə ciddi və qətiyyətlidir və tam nizamlanmasına və mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışır. Ərdoğan Türkiyədə yaşayan 100 mindən çox ermənini də xatırladıb.

“Hazırda Türkiyədə 100 mindən çox erməni yaşayır, onların arasında bizim vətəndaşlarımız var, bizim vətəndaşlarımız yox, vətəndaşlıq iddiasında olan ermənilər var. Bu, bizim yanaşmamızı nümayiş etdirir” - deyə, Türkiyə dövlət başçısı bildirib.

Türkiyə prezidenti sonda bir daha xatırladıb ki, Ankara öz fəaliyyətini Bakı ilə əlaqələndirir.

Missiya.Az

  • 26-07-2022, 14:49