“Balkanların Nostradamusu” kimi tanınan kor görücü Vanqanın söylədiyi proqnozlardan daha biri gerçəkləşir.
Missiya.Az xəbər verir ki, bu barədə "Mirror” qəzeti məlumat yayıb.
Vanqa 2022-ci ildə Avropada ciddi quraqlığın olacağı barədə proqnoz verib.
Son günlər Fransa, İtaliya və Portuqaliyada həddindən artıq istilərlə əlaqədar su qıtlığının yaşandığı və yerli hökumətlərin əhaliyə xəbərdarlıq etdiyi açıqlanıb.
Hər iki ölkə 1950-ci illərdən bəri tarixin ən quraq dövrünə qədəm qoyub. Bu səbəbdən, yerli hökumətlər "sudan şüurlu istifadə edin" bəyanatını veriblər.
Vanqanın 2022-ci il üçün başqa bir proqnozu bu il çoxlu zəlzələ və sunamilərin olacağı idi. Məşhur kahinin bu proqnozu da bu həftə gerçəkləşdi.
Həddindən artıq yağıntılar və daşqınlar xüsusilə Avstraliya və Asiyanın bəzi yerlərində həyata mənfi təsir göstərib.
Hindistan, Pakistan, Yeni Zelandiya və Avstraliyada leysan yağışlar və daşqınlar çoxlu sayda insanın ölümünə səbəb olub.
Xatırladaq ki, Vanqa daha əvvəl 11 sentyabr hadisələri, Böyük Britaniyanın Avropa İttifaqından çıxması və Barak Obamanın ABŞ prezidenti olması barədə məlumat vermişdi.
Zərintac Mayisqızı
Missiya.Az