Qırğızıstan Prezidenti Sadir Çaparov Türkdilli Ölkələrin Xüsusi Xidmət Orqanlarının (TÜRKON) 24-cü Konfrans çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən görüş barədə Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilir ki, görüşdə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Tasiyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin sədr müavini Samir İsmayılov, Qazaxıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Ermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Özbəkistan Dövlət Təhlükəsizliyi Şurasının sədri Xidmət rəisi Abdusalom Əzizov iştirak edib.
Tədbiri giriş nitqi ilə açan prezident Çaparov, ölkələr və xalqlar arasında dərin tarixi bağların, çoxəsrlik mehriban qonşuluq təcrübəsinin, səmərəli əməkdaşlığın Türkdilli Ölkələrin Xüsusi Xidmət Orqanları çərçivəsində də əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm əsas təşkil etdiyini vurğulayıb. Konfransın təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrildiyini deyən Çaparov, onun uzun illər geniş spektrli peşəkar məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və ən səmərəli konfransların işlənib hazırlanması üçün axtarılan platforma rolunu oynadığını bildirib.
Çaparov onu da qeyd edib ki, Yaxın Şərq və Əfqanıstanda bəzi dövlətlərin bütövlüyünü təhdid edən və bu regionların hüdudlarından çox-çox kənara yayılma təhlükəsi yaradan terror fəaliyyətlərinin genişlənməsi kəşfiyyat orqanlarının diqqətini çəkməlidir. Prezident yeni dövrün problemlərinin həlli, çağırış və təhdidlərin aradan qaldırılması üçün yeni yanaşmaların vacibliyini vurğulayıb.
"Aydındır ki, bu təhdid və çağırışlarla mübarizədə mühüm nəticələrə nail olmaq yalnız ardıcıl və sistemli iş, birgə və əlaqələndirilmiş səylərlə mümkündür. İnanıram ki, bu platformanın mənalı və konstruktiv müzakirələri mühüm töhfə verəcək. Türk dünyasının təhlükəsizliyinə yalnız birgə nail olacayıq."
Qeyd edək ki, “TÜRKON” 20 may 1998-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təsis edilib. Özbəkistan isə TÜRKON-a 2018-ci ildə qoşulub.
Teymur Aslanov
Missiya.Az