AZ   |   RU
Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş olacaq

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın vaxtlarda görüş baş tuta bilər.

Missiya.Az
Aysor.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Son vaxtlar diplomatik sektorda kifayət qədər aktiv fəaliyyət həyata keçirilir. Görüşlər kifayət qədər tez-tez və müxtəlif formatlarda keçirilir. Bəli, bildiyimə görə, danışıqlar da gedir ki, bir müddət sonra Ermənistan və Azərbaycan başçılarının görüşü baş tutsun” – deyə, Ağacanyan bildirib.

O, görüşün konkret tarixini açıqlamayıb.

  • 26-07-2022, 14:24