AZ   |   RU
Akar ABŞ-ın müdafiə naziri ilə Ukrayna taxılının daşınmasını müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı aparılıb.

Missiya.Az
Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

Danışıq zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bundan əlavə, tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və “F-16” təyyarələrinin tədarükünə dair fikir mübadiləsi aparıblar.

  • 25-07-2022, 20:58