AZ   |   RU
Ukraynanın bu bölgəsi Rusiyaya birləşdiriləcək - Artıq referendum hazırlıqları başlayıb

“Regionda heç kim referenduma müdaxilə edə bilməyəcək”.

Missiya.A
z xəbər verir ki, bu sözləri Rusiya ordusu tərəfindən işğal olanan Xerson vilayətinin qondarma administrasiyası rəhbərinin müavini Kiril Stremusov “RİA Novosti”-yə açıqlamasında deyib. Stremusovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölgəni atəşə tutmaq cəhdləri Xerson vilayətində keçiriləcək referendumu pozmaq məqsədi danışıyır.

“Biz referenduma hazırlaşırıq. Referendum hüquqi müstəvidə keçiriləcək və heç kim onun keçirilməsinə mane olmayacaq. İstənilən halda insanlar seçkiyə gəlib Rusiya Federasiyasına qoşulmağa səs verəcəklər”.

Qeyd edək ki, iyulun 23-də vilayət administrasiyasının mətbuat xidməti payızın əvvəlində Rusiyaya birləşmə ilə bağlı keçirilməsi nəzərdə tutulan referendumla əlaqədar  seçki komissiyasının yaradılması barədə məlumat yayıb.

Teymur Aslanov
Missiya.Az


  • 25-07-2022, 14:06