Bazar ertəsi 16 İyun 2025 / 14:59:08
                    AZ   |   RU
Aktyor Burak Özçivitin Moskvadakı heyranları onunla görüş üçün 15 min rubl ödədi
 
"Muhteşem Yüzyıl", “Kara sevda” və bir sıra türk seriallarının  baş rolunda yer alan,  rusiyalı tamaşaçıların sevgisini qazanan Türkiyənin ən çox sevilən aktyorlarından biri olan Burak Özçivit Moskvaya gedib.

Missiya.Az
Bloknot.ru-ya istinadən xəbər verir ki, aktyor pərəstişkarları üçün paytaxt restoranlarının birində görüş təşkil edib. Bildirilib ki, yaraşıqlı türk kişisini görmək istəyən hər kəs bir masa depoziti üçün 15 min rubl ödəyib. Moskvalılar qiymətin yüksək olmasına baxmayaraq və resotranda izdihamla Burakı qarşılamaq üçün növbəyə düzülüblər.

Aktyorun 2,5 saat gecikməsinə baxmayaraq, heç kəs oranı tərk etməyib - restoranda onu  dəhlizdə düzülən yüzdən çox insan gurultulu alqışlarla qarşılayıb. 

Maraqlıdır ki, Rus estrada ulduzu Dima Bilan da Burakla görüşə gəlib,  türkiyəli sənətçi ilə şəkil çəkdirib. Ən şanslı rus şou-biznesinin daha bir ulduzu Olqa Buzova olub. 

Teleaparıcı, VK Fest-də çıxış etdikdən sonra aktrisa Anna Rudova ilə birgə restoranda nahar etməyə gəlib. Müğənni türkiyəli aktyorla şəkil çəkdirərək zarafat edib ki, ondan şəkil çəkdirməyi xahiş edən Burakdır.

Xatırladaq ki, Burak aktrisa Fahriye Evcenlə evlidir.

  • 25-07-2022, 14:05