AZ   |   RU
Rusiya Federal Təhlükəsizlik Xidməti Aerokosmik Qüvvələrinin təyyarələrinin qaçırılması əməliyyatının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna hərbi kəşfiyyatının NATO xüsusi xidmət orqanlarının nəzarətində olan Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin qaçırılması əməliyyatının qarşısını alıb.

Missiya.az
xəbər verir ki,  bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, Ukrayna hərbi kəşfiyyatçıları Rusiya pilotlarını pul mükafatı və Aİ ölkələrindən birinin vətəndaşlığını almaq zəmanəti müqabilində işə cəlb etməyə, onları idarə olunan aerodromlarda təyyarələri uçurmağa və endirməyə inandırmağa çalışıblar. 

 “Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin NATO xüsusi xidmət orqanlarının nəzarəti altında olan Rusiya Aerokosmik Qüvvələrinə məxsus döyüş təyyarələrinin qaçırılması üzrə əməliyyatını aşkar edib və dayandırıb”, - deyə ictimaiyyətlə əlaələr mərkəzindən bildirilib.

Xüsusi xidmət orqanının məlumatında  qeyd edildiyi kimi, FSB-nin əks-kəşfiyyatı tərəfindən bu planların müəyyən edilməsi Ukraynanın bir sıra hərbi obyektlərinə də zərbə endirməyə imkan verib. 

“Əməliyyat oyunu zamanı Rusiya əks-kəşfiyyatının əməkdaşları bizim silahlı qüvvələrimizə Ukraynanın bir sıra hərbi obyektlərinə atəş zərbələri endirməkdə köməklik edən məlumatlar əldə ediblər”, - FSB bildirib. 

Bundan başqa, əməliyyatda iştirak edən Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları və onların əlaltıları da müəyyən edilib.

Daşqın Həsənov 
Missiya.Az


  • 25-07-2022, 13:57