AZ   |   RU
İtaliya Prezidenti parlamenti buraxdı
İtaliya Prezidenti Serxcio Mattarella parlamenti buraxıb.

Missiya.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb İtaliyanın Baş naziri Mario Draqinin istefası olub.

İtaliyada parlamentin buraxılmasından sonra dəqiq tarix açıqlanmasa da, erkən seçkilərin sentyabr və ya oktyabrda keçiriləcəyi gözlənilir.


  • 21-07-2022, 20:30