Bazar ertəsi 2 İyun 2025 / 20:46:42
                    AZ   |   RU
Ermənistan və Polşa XİN rəhbərləri görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşaya səfəri çərçivəsində xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri "Twitter"də bildirib.

Onun sözlərinə görə, nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.

Görüşlərdə Polşa-Ermənistan münasibətləri, regional təhlükəsizlik və stabillik müzakirə olunub.


  • 19-07-2022, 14:03