AZ   |   RU
Zelenski 2 vəzifəli şəxsi işdən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokurorun ofisinin rəhbəri İrina Venediktova və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifələrindən azad edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Zelenski bildirib ki, indiyədək prokurorluq və digər hüquq-mühafizə orqanları işçilərinə qarşı vətənə xəyanət və kollaborasionizm maddəsi ilə 651 cinayət işi açılıb. Cinayətlərin çoxluğu təhlükəsizlik orqanlarının rəhbərləri üçün ciddi suallar doğurur.





  • 17-07-2022, 23:58