AZ   |   RU
Türkiyədə zəlzələ baş verdi
Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, Manisanın Soma rayonunda yerli saatla 14.55-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,84 kilometr dərinliyində baş verib.

Ətraf əyalətlərdə də hiss olunan zəlzələdən təxminən 1 dəqiqə sonra 3,8 bal gücündə ikinci təkan qeydə alınıb.


  • 17-07-2022, 19:28