AZ   |   RU
Putinin Ukraynaya qarşı döyüş planı ortaya çıxdı - İlk buranı ələ keçirmək istəyir - FOTO

Rusiyanın Ukrayna ərazisində ilk hədəf alacağı obyektlər məlum olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Rusiya ilk olaraq su anbarlarını hədəf almaq fikirindədir. Hərbi mənbələrdən digər İngilis qəzeti “Mirror”a Rusiyanın su anbarlarını vurmaqda hansı məqsədi güddüyünü açıqlanıb.

Mənbə bildirib ki, Rusiyanın məqsədi Ukraynanın şərqində, Krım yarımadasını su ilə təchiz edən anbarları ələ keçirməkdir.
 
Krımın şimalının peykdən şəkilən görüntülərindən aydın olur ki, Rusiya ordusu bölgədə yerləşən gölün ətrafına 2 kilometr ara ilə çox sayda hərbi texnika və canlı qüvvə yığıb. Yarımadada 150 min əsgər topladığı barədə məlumatlar var. Hazırda Rusiyanın Qara dənizdə 15-dən çox döyüş gəmisi var və bütün gəmilər döyüşə hazır vəziyyətdədir. 

Elvin
Missiya.Az


  • 20-04-2021, 15:56